...

Banqladeş Azərbaycana birbaşa hava reyslərinin açılması təşəbbüsünü irəli sürüb

İqtisadiyyat Materials 30 Aprel 2025 11:01 (UTC +04:00)
Banqladeş Azərbaycana birbaşa hava reyslərinin açılması təşəbbüsünü irəli sürüb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeş Dəkkə ilə Bakı arasında birbaşa aviareyslərin açılması təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir ki, təklif Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Banqladeş xarici işlər naziri Caşim Uddinlə keçirdiyi görüşdə səsləndirilib.

Dəkkədə keçirilən ikitərəfli müşavirələrin ikinci raundu çərçivəsində danışıqlar aparılıb. Müzakirə predmetlərindən biri də Banqladeş vətəndaşlarının Azərbaycana səfər edən zaman viza ilə bağlı üzləşdikləri çətinliklər olub. Caşim Uddin bu problemin dayanıqlı həlli yolunu tapmağa çağırıb.

Tərəflər əsas sahələrdə, o cümlədən, ticarət, investisiya, enerji, aviarabitə, kadr hazırlığı, eləcə də, diplomat və dövlət qulluqçuları üçün qarşılıqlı olaraq viza tələbinin ləğv olunması ilə bağlı bir sıra Anlaşma memorandumlarının imzalanması ilə bağlı razılığa gəliblər.

Eyni zamanda, mütəmadi dialoq və ikitərəfli ticari əlaqələrin genişləndirilməsinə dəstək məqsədilə ticarət üzrə Birgə işçi qrupun yaradılması ilə bağlı razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti