...

Ölkədə enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb – Mərkəzi Bank

İqtisadiyyat Materials 30 Aprel 2025 16:11 (UTC +04:00)
Ölkədə enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb – Mərkəzi Bank
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkə üzrə ümumi enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının “Dayanıqlı maliyyə hesabatı”na istinadən xəbər verir.

Qeyd edilib ki, ötən il fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib.

“Azərbaycan yaşıl iqtisadiyyata keçid çərçivəsində nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlılığının artırılması məqsədilə mühüm investisiyalar həyata keçirməkdədir. Karbon emissiyalarının azaldılması və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılması üçün ictimai nəqliyyatda elektrik mühərrikli avtobusların tətbiqi genişləndirilib, elektrik dolum mərkəzlərinin sayı artırılıb və velosiped yollarının inşası həyata keçirilib”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti