...

"AzerGold"un ixrac gəlirləri 3 dəfədən çox artıb

İqtisadiyyat Materials 30 Aprel 2025 15:10 (UTC +04:00)
"AzerGold"un ixrac gəlirləri 3 dəfədən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında "AzerGold"un ixrac gəlirləri 42,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 milyon ABŞ dolları və ya 3,3 dəfə çoxdur.

Belə ki, 2024-cü il yanvar-mart aylarında "AzerGold"un ixrac gəlirləri 12,8 milyon ABŞ dolları olub.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Qaradağ Şüşə Zavodu” ASC.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti