...

Əmlak Məsələləri Dövlət Xidməti ötən il 92 milyon manat gəlir əldə edib

İqtisadiyyat Materials 30 Aprel 2025 13:37 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Xidməti ötən il 92 milyon manat gəlir əldə edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri ötən il 92,347 milyon manat olub.

Trend bu barədə Dövlət Xidmətindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% və ya 6,183 milyon manat çoxdur. Əvvəlki ildə Dövlət Xidmətinin gəlirləri 86,164 milyon manat idi.

Bu dövrdə Dövlət Xidmətinin xərcləri 95,865 milyon manat olub ki, bu da, illik müqayisədə 9,5%, yaxud da 8,332 milyon manat çoxdur. 2023-cü ildə bu məbləğ 87,533 milyon manat idi.

Hesabat dövründə Döclət Xidmətinin gəlirlərinin 80,552 milyon manatını qeyri-birja əməliyyatlarından gəlirlər, 11,749 milyon manatını birja əməliyyatlarından gəlirlər, 366 manatını isə sair əməliyyat gəlirləri təşkil edib.

Xərclərin 22,745 milyon manatını əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları, 2,054 milyon manatını sərf edilmiş materialların dəyəri, 1,845 milyon manatını amortizasiya xərclər, 69,221 milyon manatını sair əməliyyat xərcləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti