...

Banqladeş Azərbaycana Dəkkədə səfirlik açmağı təklif edib

Siyasət Materials 30 Aprel 2025 10:57 (UTC +04:00)
Banqladeş Azərbaycana Dəkkədə səfirlik açmağı təklif edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeş Dəkkədə Azərbaycanın diplomatik missiyasını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu məsələ Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Banqladeş xarici işlər naziri Caşim Uddinlə keçirdiyi görüşdə müzakirə olunub.

Dəkkədə keçirilən ikitərəfli müşavirələrin ikinci raundu çərçivəsində danışıqlar aparılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edib, siyasi, iqtisadi, mədəni və çoxtərəfli sahələrdə əməkdaşlığın artan dinamikasından məmnunluq ifadə ediblər.

Banqladeşin xarici işlər naziri bir daha Azərbaycanın Banqladeşdə səfirliyinin açılmasının vacibliyini vurğulayıb və Banqladeş vətəndaşlarının Azərbaycana səfərləri zamanı qarşılaşdıqları viza çətinliklərinə davamlı həll yollarının tapılmasına çağırıb.

Müzakirə olunan əsas mövzular sırasında ticarət və investisiyalar, enerji, təhsil, mədəni mübadilələr, eləcə də, regional və beynəlxalq formatlarda əməkdaşlıq yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti