Bakı. Trend:
Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nasr” futbol klubu Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiyanın “Kavasaki” komandasına uduzub.
Trend-in məlumatına görə, Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən görüş 2:3 hesabı ilə başa çatıb.
“Əl-Nasr”in heyətində qolları Sadio Mane (28-ci dəqiqə) və Ayman Yəhya Salem (87) vurub. "Kavasaki"nin heyətində Tatsuya İto (10), Yuto Ozeki (41) və Akihiro İenaqa (76) fərqləniblər.
Finalda Yaponiya klubu yarımfinalda “Əl-Hilal”ı məğlub edən (3:1) Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandası ilə qarşılaşacaq.