Bakı. Trend:
Londonda Kiyev və Avropa ölkələrinin nümayəndələri ilə görüşdə ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 22 şərt irəli sürüb və onlar razılaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.
"Mən keçən həftə Londondan gəldim, orada Ukrayna komandası və avropalılarla görüşümüz oldu. Bizim 22 konkret şərtimiz var idi, onlara razılıq verilib", - deyə o bildirib.