...

Qaradağ polisindən əməliyyatlar: narkotik satıcısı saxlanılıb, odlu silahlar təhvil götürülüb (VİDEO)

Hadisə Materials 30 Aprel 2025 17:27 (UTC +04:00)
Qaradağ polisindən əməliyyatlar: narkotik satıcısı saxlanılıb, odlu silahlar təhvil götürülüb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir. Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib.

Qeyd edilib ki, Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti