Bakı. Trend:
Avropa Parlamentinin sədri Roberta Metsola Çinin Avropa Parlamentinin deputatlarına, onların ailə üzvlərinə və parlament komitələrinə qarşı sanksiyaları ləğv etməsi barədə siyasi qrupların rəhbərlərini məlumatlandırıb.
Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin mətbuat xidməti bildirib.
"Parlament komitələrimiz çinli həmkarları ilə Avropa maraqlarını əks-sədadan qorxmadan müzakirə etməyi bacarmalıdır. Çin ilə münasibətlərimiz mürəkkəb və çoxşaxəli olaraq qalır. Bunula mübarizə aparmağın ən yaxşı yolu qarşılıqlı əlaqə və dialoqdur", - deyə Avropa Parlamenti rəhbərinin fraksiya sədrlərinin iclasındakı çıxışında bildirilib.
Qeyd olunub ki, Çin hakimiyyətinin bu qərarı “Çin ilə parlament dialoqunun bərpası istiqamətində bir addımdır”.