...

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirdi

İdman Materials 30 Aprel 2025 19:00 (UTC +04:00)
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Caner Erkin karyerasını bitirib.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, hazırda “Eyupspor”da çıxış edən sol cinah müdafiəçisi mövsümün sonunda futbolla vidalaşacaq.

Qeyd edək ki, Caner Erkin karyerası ərzində “Fənərbağça” ilə yanaşı, MOİK (Rusiya), “Qalatasaray”, “İnter” (İtaliya), “Başakşəhər” və “Beşiktaş” kimi komandalarda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti