...

Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib

Cəmiyyət Materials 30 Aprel 2025 11:21 (UTC +04:00)
Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, XX əsrin əvvəllərində istifadəyə verilmiş bina dəmir yollarının tarixini yaşadan unikal tikililərdən biridir.

Siyahıya daxil edilməsi ilə bu bina tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti