Bakı. Trend:
Avtomobildə 8 kq narkotik vasitə daşıyan şəxslər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildiirlib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb.
Onların avtomobilindən 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırma aparılır.
Qeyd edək k, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.