Bakı. Trend:
İran hazırda nüvə proqramı ilə əlaqədar əsas müzakirəni ABŞ tərəfi ilə aparmaqdadır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, bununla yanaşı, İran Avropa ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) ilə danışıqları davam etdirməkdədir.
Nazir qeyd edib ki, Avropa ölkələrinin İranı qane etməyən siyasətinə görə hazırda bu ölkələrin rolu azalıb.
Araqçi deyib ki, İran Avropa ölkələrinin İranın nüvə proqramı ilə əlaqədar rolunun azalmasına maraq göstərmir:
"Elə buna görə, müzakirələrin növbəti turunun Romada keçirilməsinə hazır olduğunu bildirib".
Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.