...

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub

Cəmiyyət Materials 30 Aprel 2025 14:25 (UTC +04:00)
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyinatı olub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.

Bakı şəhərində anadan olan Səidə Tağızadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasını (fortepiano, organ, klavesin) bakalavr, 2008-ci ildə isə (fortepiano ixtisası, musiqişünaslıq) magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

S.Tağızadə indiyədək Azərbaycanla yanaşı, Böyük Britaniya, Polşa, Rusiya, Finlandiya, ABŞ, Cənubi Afrika, Cənubi Koreya, Avstriya, İsveçrə, İtaliya, Bolqarıstan, Latviya, Fransa və s. ölkələrdə konsertlərdə çıxış edib.
O, uşaq və yeniyetmələrin mədəni inkişafı ilə bağlı sənət layihələrinin təşkilatçısıdır. Müəllifi və rəhbəri olduğu ənənəvi "Simurq” musiqi festivalı Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətmək məqsədi daşıyan diqqətəlayiq layihələrdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti