...

Sumqayıtın bəzi yerlərində su olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 30 Aprel 2025 15:46 (UTC +04:00)
Sumqayıtın bəzi yerlərində su olmayacaq - XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

May ayının 1-3-ü tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə təmir işləri aparılacaq.

Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qeyd edilir ki, Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti