Bakı. Trend:
Artıq azad olunmuş ərazilərdə kənd ətrafı torpaqların fermerlərə təhkim olunmasına başlanılıb.
Trend xəbər verir ki, bu sözləri Zəngilanda keçirilən Aqrar Biznes Festivalında çıxışında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazirin sözlərinə görə, bu ilin mart ayının 1-dən 31-dək elektron kənd təsərrüfatı sistemi üzrə Zəngilan rayonunun Ağalı kənd sakinləri tərəfindən müraciətlər qəbul olunub:
“Aprel ayı ərzində bu müraciətlər təhlil olunaraq qəbul olunmuş təkliflərdən 68 nəfəri təsdiqləndi. 68 nəfərdən 32 nəfəri birləşərək korprativlər yaradıldı. İlk 3 korprativlə torpaq istifadə müqavilələri imzalandı. İnanıram ki, dövlət tərəfindən infrastruktur tam təşkil olunmuş, torpağın əkinə hazır vəziyyətə gətirilmiş və infrastrukturla təmin olunmuş bu ərazilərdə fermerlərimiz məhsul istehsalına yaxın gələcəkdə başlayacaqlar”.
“Burada eyni zamanda bizim elmi-tətqiqat inistutları da sınaq əkinləri həyata keçirirlər. Fermerlərə müxtəlif bitki növlərinin necə yetişdiyini, necə məhsuldarlıq gösdərdiklərini və hansı ölçüdə olduqlarını əyani şəkildə gösdərəcəklər. İnanırıq ki, dövlət və fermerlərin birgə əməkdaşlığı sayəsində Ağalı ilk nümunə olacaq və biz bunu azad olunmuş ərazilərdə genişləndirməyi düşünürük”, - deyə nazir qeyd edib.