Bakı. Trend:
2026-cı ilin sonuna qədər dövlət proqrqamı çərçivəsində Azərbaycanın azad edilmiş ərazilərində 44 kəndin salınması və əhalisinin geri qaytarılması nəzərdə tutulub.
Trend xəbər verir ki, bu sözləri Zəngilanda keçirilən Aqrar Biznes Festivalında çıxışında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, bu kəndlərin hamısında kənd ətrafı torpaqların fermerlərin birgə qurduqları korprativlərə təhkim edilməsi planlaşdırılır:
“Nazirlər kabinetinin qərarı ilə təhkim olunan torpaqlar icarə haqqı 0 əmsalla vurulur. Bu, o deməkdir ki, icarə haqqı ödənilməyəcək. Azad edilmiş ərazilərə həm alınan texnika və qoşqular, həm də əkin əraziləri üçün daha fərqli güzəştlər tətbiq olunacaq. Bundan əlavə, korprativ formalaşdırılmış fermerlərə və o əkin ərazilərinə isə daha yüksək əmsallı subsidyalar və güzəştlər tətbiq olunacaq. Biz inanırıq ki, korprativ, birgə şəkildə olunan təsərüffatlar daha yaxşı nəticələr verəcək”.
“Buradakı infrastrukturun təşkili, buradakı yanaşma Azərbaycanın digər bölgələrindən çıxartdığımız nəticələr, öyrəndiyimiz dərslərdən çıxış edərək hazırlanıb. Əsas məqsəd fermerlərin təsərrüfat sahəsində yaxşı gəlir əldə etməsinə nail olmaqdır”, - deyə M. Məmmədov qeyd edib.