Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərinin həcmi 1,478 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon manat və ya 15,9% çoxdur.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.
Bankların biznes kredit portfeli 2024-cü ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 13,1% və ya 1,7 milyard manat artıb.