...

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Cəmiyyət Materials 30 Aprel 2025 16:22 (UTC +04:00)
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2025-ci il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.

"Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti