...

Anlaşma əldə olunduğu halda AEBA-nın önəmli rolu olacaq – İran XİN

Dünya xəbərləri Materials 30 Aprel 2025 12:21 (UTC +04:00)
Anlaşma əldə olunduğu halda AEBA-nın önəmli rolu olacaq – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında dolayı nüvə müzakirələrində anlaşma əldə olunduğu halda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin önəmli rolu olacaq.

Trend-in məlumatına görə, bunu İranın xarici işlərn aziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, qaydalar çərçivəsində İranın nüvə proqramı ilə əlaqədar etimadın yaradılması üzrə sınaqlar Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən həyata keçiriləcək.

“Təbii ki, sınaqlarla əlaqədar İran və AEBA arasında razılaşma əldə olunmalıdır və mütləq şəkildə bütün məsələlər nəzərdə tutulmayacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.

Xəbər lenti

Xəbər lenti