...

“Azərkosmos”un ixrac gəlirləri 15%-ə yaxın azalıb

Telekommunikasiya Materials 30 Aprel 2025 15:44 (UTC +04:00)
“Azərkosmos”un ixrac gəlirləri 15%-ə yaxın azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 14,9% azdır.

Təkcə mart ayında isə “Azərkosmos” 39 ölkədən 100-ə yaxın şirkətə 1,3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətlərini ixrac edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 8 vahid, ixracdan gəlirlər isə 23,5% azalıb.

2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları ilə Lüksemburq, 213,4 min ABŞ dolları ilə Nigeriya, 179 min ABŞ dolları ilə Misir və 174 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti