...

Azərbaycan karbamid ixracından gəlirlərini 21 milyon dollardan çox artırıb

İqtisadiyyat Materials 30 Aprel 2025 18:18 (UTC +04:00)
Azərbaycan karbamid ixracından gəlirlərini 21 milyon dollardan çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycandan 48 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 milyon ABŞ dolları və ya 78,4% çoxdur.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan 26,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti