...

ABŞ ilə müzakirənin məqsədi anlaşmanın əldə olunmasıdır – İran XİN

Dünya xəbərləri Materials 30 Aprel 2025 12:04 (UTC +04:00)
ABŞ ilə müzakirənin məqsədi anlaşmanın əldə olunmasıdır – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında müzakirənin aparılmasının məqsədi ixtilafları həll etmək və müştərək bir anlaşma əldə etməkdir.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, hər bir müzakirə ixtilafların həlli istiqamətində həyata keçirilir.

“İranın qırmızı xətləri tamamilə aydındır və ABŞ tərəfinə də elan olunub. İran üçün müzakirə məkanı önəmli məsələ hesab olunmur ki, ona görə vaxt itirilsin. Əsas məsələ müzakirələrin mövzusudur.

Müzakirələrin başa çatması üçün müəyyən zaman cədvəli təyin olunmayıb. Lakin təbii ki, İran uzunmüddətli müzakirə aparmaq və vaxtı aparmaq niyyətində deyil”, - deyə o bildirib.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.

Xəbər lenti

Xəbər lenti