...

Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlanılıb

Hadisə Materials 30 Aprel 2025 10:12 (UTC +04:00)
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlanılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobillə xuliqanlıq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Belə ki, o, “Azsamand” markalı avtomobillə dövlət qeydiyyat nişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdə pozaraq vətəndaşların həyat və sağlamlığına real təhlükə yaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus bir neçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlər törətməkdə təqsirləndirilir.

H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Heydər Gülmalıyev Vətən müharibəsi qazisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti