Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29,7 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, aylıq müqayisədə 277 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 4,2 milyard manat və ya 16,6% çoxdur.
Hesabat dövründə kredit qoyuluşunun 7,2 milyard manatı özəl bankların payına düşüb ki, bu da bir ay əvvələ nisbətən 65 milyon manat və ya 0,9%, ötən ilin aprelin 1-i ilə müqayisədə isə 1,3 milyard manat və ya 20,9% artım deməkdir.
Bundan əlavə, 2025-ci ilin aprelin 1-nə özəl bankların kredit qoyuluşları 20,6 milyard manata bərabər olub. Bu isə aylıq müqayisədə 219 milyon manat və ya 1,1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat və ya 13,9% çoxdur.
Eyni zamanda, cari ilin aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1,8 milyard manat olub. Bu, aylıq müqayisədə 8 milyon manat və ya 0,4% az,ötən ilin eyni dövrü ilə müqayisədə isə 462 milyon manat və ya 34,5% çoxdur.