...

Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2025 19:19 (UTC +04:00)
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın Ottava və Toronto şəhərlərində yaşayan soydaşlarımız Azərbaycanın zəngin mədəni irsinin, tarixinin və milli dəyərlərinin tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Onlar bu məqsədilə müxtəlif tədbirlər keçirir, beynəlxalq festivallarda iştirak edirlər. Bu isə ölkəmizin dünyada təbliği baxımından olduqca əhəmiyyətlidir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, belə tədbirlərdən biri Kanadanın paytaxtı Ottavada baş tutub. Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilat etdiyi tədbir “Azərbaycan Mədəniyyət Gecəsi – Azerbaijani Cultural Gala” adlanıb.

Gecə Azərbaycanın zəngin mədəniyyətini, tarixini və milli dəyərlərini Kanadada yaşayan azərbaycanlı gənclərə, diaspor üzvlərinə, eləcə də yerli ictimaiyyətə tanıtmaq məqsədilə keçirilib. “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri ölkəmiz haqqında məlumatlar verib, şeirlər səsləndirib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri isə milli rəqslərimizi ifa ediblər. Gecədə Azərbaycanın tarixinə həsr olunmuş təqdimatlar da yer alıb. Məkan daxilində qurulan dekorativ guşələr, milli atributlar və sənətkarlıq nümunələri iştirakçılara ölkəmizin zəngin tarixi və mədəni irsi ilə tanışlıq imkanı yaradıb.

Toronto şəhərində isə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Multikultural Uşaq Festivalına qatılıblar. Festival Kanada Türk Mədəniyyəti və Folklor Dərnəyinin təşkilatçılığı ilə keçirilib. Balaca soydaşlarımız həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə milli rəqs nömrələri ilə çıxış ediblər. Xüsusilə ingilis dilində səsləndirilən “Ey əziz anam, Azərbaycan” mahnısının sədaları altındakı rəqs böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti