...

Myanmada zəlzələ qurbanlarının sayı 3,8 min nəfərə çatıb

Dünya xəbərləri Materials 30 Aprel 2025 12:05 (UTC +04:00)
Myanmada zəlzələ qurbanlarının sayı 3,8 min nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanmada baş vermiş dağıdıcı zəlzələdə ölənlərin sayı 3,8 min nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə “Global New Light of Myanmar” qəzeti yazır.

Nəşrin yazdığına görə, Myanmanın yanğınsöndürmə xidmətinin xilasedicilər, beynəlxalq xilasetmə təşkilatlarının əməkdaşları ilə birgə fəlakət zonasında zəlzələ qurbanlarının axtarışını davam etdirir.

Ölənlərlə yanaşı, təbii fəlakət zamanı yaralananların 5,1 min nəfər çatdığı, 100-dən çox insanın isə itkin düşənlərin siyahısında olduğu bildirilir.

Xatırladaq ki, martın 28-da Myanmarda 8,2 bal gücündə zəlzələ olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti