Bakı. Trend:
2035-ci ilə qədər Azərbaycanda iqlim dəyişikliyinin ümumi inflyasiyaya 0,5-1 faiz bəndi, ərzaq infilyasiyasına 1,5-2 faiz bəndi təsir edəcəyi gözlənilir.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının “Dayanıqlı maliyyə hesabatı”na istinadən xəbər verir.
“Ötən il ərzində Mərkəzi Bank iqlim dəyişiklikləri və yaşıl keçidin makroiqtisadi göstəricilərə, xüsusilə də monetar siyasətə təsirlərinin qiymətləndirilməsi istiqamətində kompleks araşdırmalar həyata keçirib. Bu istiqamətdə beynəlxalq təcrübələr təhlil olunmuş, qabaqcıl mərkəzi bankların strategiyaları öyrənilib”, - deyə məlumatda qeyd edilib.