...

Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir - AYNA

Cəmiyyət Materials 30 Aprel 2025 17:51 (UTC +04:00)
Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir - AYNA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Belə ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar mayın 1-dən yeni avtobuslarla xətlərin istismarını həyata keçirəcəklər.

Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində avtobusları yenilənən marşrutların istiqamətləri aşağıdakılardır:

  • 91 nömrəli marşrut: Binəqədi qəsəbəsi (“Bakı Poladtökmə” ASC) – Bakı Beynəlxalq Avtovağzal Kompleksi);
  • 105 nömrəli marşrut: Balaxanı qəsəbəsi – C.Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı);
  • 147 nömrəli marşrut: Məmmədli qəsəbəsi – "Azadlıq prospekti" metrostansiyası;
  • 158 nömrəli marşrut: Xocəsən qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası;
  • 216 nömrəli marşrut: Balaxanı qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi.

Qeyd edək ki, sözügedən marşrutlar üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti