...

Son bir ildə Azərbaycan bankları 1,5 milyard manata yaxın istehlak krediti verib

İqtisadiyyat Materials 30 Aprel 2025 12:37 (UTC +04:00)
Son bir ildə Azərbaycan bankları 1,5 milyard manata yaxın istehlak krediti verib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kredit portfeli 8,603 milyard manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,461 milyard manat və ya 20,5% çoxdur.

Belə ki, 2024-cü ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kredit portfeli 7,142 milyard manat idi.

Fevralın sonunda bankların istehlak kredit portfelinin həcmi 8,544 milyard manat olub. Yəni, təkcə mart ayında Azərbaycan bankları 59,6 milyon manat istehlak krediti verib.

Qeyd edək ki, hesabat dövrünün sonun bankların kredit portfelinin həcmi 27,877 milyard manat təşkil edib ki, bu da, illik müayisədə 3,775 milyard manat, yaxud da 15,7% çoxdur. 2024-cü ilin müvafiq dövründə bu rəqəm 24,102 milyard manat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti