...

Dövlətə vergi borcu olan xarici hüquq şirkəti Azərbaycan bazarını tərk edir

İqtisadiyyat Materials 30 Aprel 2025 10:26 (UTC +04:00)
Dövlətə vergi borcu olan xarici hüquq şirkəti Azərbaycan bazarını tərk edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Key Liqa Hüquqi Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycandakı filialı ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1106 Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi, ev 16, mənzil 24 ünvanına bildirə bilərlər.

Hazırda şirkətin dövlətə 488,97 manat vergi borcu var.

Qeyd edək ki, sözügedən şirkət 2024-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb.

Şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi Pavlov Maksimdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti