...

Şagirdlərimiz 42-ci Balkan Riyaziyyat Olimpiadasında 3 medal qazandı

Gündəm Materials 30 Aprel 2025 15:07 (UTC +04:00)
Şagirdlərimiz 42-ci Balkan Riyaziyyat Olimpiadasında 3 medal qazandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

25-30 aprel tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanıb.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər gümüş medal, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yunis İsayev bürünc medal qazanıblar.

Qeyd edilib ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 19 gümüş və 40 bürünc əldə edilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti