...

AMB institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərliyi təsdiqləyib

İqtisadiyyat Materials 30 Aprel 2025 11:35 (UTC +04:00)
AMB institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərliyi təsdiqləyib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik” təsdiqlənib.

Trend-ə bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən sənədin əsas məqsədi, maliyyə institutlarına cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risklərin qiymətləndirilməsi prosesində istiqamət vermək və bu sahədə metodoloji biliklərin gücləndirilməsinə dəstək olmaqdır.

Qeyd edilən metodoloji yanaşmalar yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır və risk qiymətləndirilməsinin həyata keçirilməsinə mümkün yanaşmanı ehtiva edir.

Qeyd edək ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə əsasən maliyyə institutları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməlidir. Həmçinin maliyyə institutları öz daxili qayda və prosedurlarına uyğun olaraq bu istiqamətdə risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər.

”Metodoloji Rəhbərlik” mətni ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti