...

Azərbaycan-Küveyt Birgə Komissiyanın 4-cü iclası Bakıda keçiriləcək

Siyasət Materials 30 Aprel 2025 18:01 (UTC +04:00)
Azərbaycan-Küveyt Birgə Komissiyanın 4-cü iclası Bakıda keçiriləcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 4-cü iclası 2027-ci ildə Bakıda keçiriləcək.

Trend XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı qərar Birgə Komissiyanın Küveytdə keçirilən 3-cü iclasının yekunları üzrə qəbul edilib.

Bundan əlavə, Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025–2027-ci illər üzrə müddəti əhatə edir.

Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti