...

Mərkəzi Bank “Finoko” BOKT-a icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 30 Aprel 2025 15:13 (UTC +04:00)
Mərkəzi Bank “Finoko” BOKT-a icrası məcburi göstəriş verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko”BOKT ASC-yə icrası məcburi göstəriş verib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib.

Buna görə də qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Finoko” Bank olmayan kredit təşkilatı ASC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti