...

Azərbaycanda diri çəkidə ət istehsalı artıb

İqtisadiyyat Materials 30 Aprel 2025 09:58 (UTC +04:00)
Azərbaycanda diri çəkidə ət istehsalı artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 141,6 min ton diri çəkidə ət istehsal olunub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% və ya 2,4 min ton çoxdur.

Belə ki, ötən ilin müvafiq dövründə ölkəmizdə 139.2 min ton diri çəkidə ət istehsal olunmuşdu.

Qeyd edək ki, yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib ki, bunun da 94.3 (1.510.1 milyon manat) faizi heyvandarlıq sahəsinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti