Bakı. Trend:
Danimarkanın Kopenhagen şəhərində avtomobilin izdihama çırpılması nəticəsində qəzada ən azı 11 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə Danimarkanın "TV-2" televiziya kanalı polisə istinadən bildirib.
Məlumata əsasən, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.
Kopenhagen polis rəisi bildirib ki, avtomobil əvvəlcə yol-təmir işləri aparılan ərazidən keçib, sonra velosipedçini vurub, sonra isə kafenin yanında dayanan insanlara çırpılıb.