Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac gəlirləri 9,6 milyon ABŞ dolları olub.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və ya 3,2% çoxdur.
Belə ki, 2024-cü il yanvar-mart aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac gəlirləri 9,3 milyon ABŞ dolları idi.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Qaradağ Şüşə Zavodu” ASC.