Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Sevinc” Kredit ittifaqı MMC-yə icrası məcburi göstəriş verilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata əsasən, “Sevinc” Kredit ittifaqı MMC tərəfindən 2025-ci ilin I rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilib.
Buna görə də bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi qaydasının 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Sevinc” Kredit ittifaqı MMC-yə bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.