Bakı. Trend:
Formula 1 üzrə dünya çempionatının üçqat qalibi mərhum Ayrton Sennanın dəbilqəsi hərracda satılıb.
Trend xarici mətbuata istinadən xəbər verir ki, baş geyimi rekord qiymətə – 720 min funt sterlinqə (təxminən 960 min ABŞ dolları) alınıb.
Həmin dəbilqə 1992-ci il Belçika Qran-Prisi zamanı braziliyalı pilotun başında olub. Senna həmin yarışda qəzaya düşərək huşunu itirən həmkarı Erik Komasın həyatını xilas edib.
Bu göstəricidə əvvəlki rekord “Ferrari”nin sürücüsü Şarl Leklerə məxsus idi. Onun dəbilqəsi 2023-cü ilin iyununda 262 700 funt sterlinqə (təxminən 350 000 dollar) satılmışdı.
Qeyd edək ki, Ayrton Senna 1994-cü ildə - 34 yaşında San Marino Qran-Prisindəki qəza nəticəsində dünyasını dəyişib.