Bakı. Trend:
ABŞ və Ukrayna tərəfi Ukraynanın təbii ehtiyatlarına dair saziş imzalayıblar.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Rəsmi Vaşinqton saziş çərçivəsində Bərpa İnvestisiya Fondunun təşkil olunacağını təsdiqləyib.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Kiyev ABŞ-la faydalı qazıntılar üzrə saziş imzalamaq üçün “yekun qərarları” təsdiqləyib.