Bakı. Trend:
Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan mineral ehtiyatlara dair sazişin imzalandığını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə nazir öz "Facebook" səhifəsində yazıb.
Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50 faizini bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə edilməsində bərabər səsə sahib olacaqlar
Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur.