...

Özbəkistanda sexdə güclü yanğın olub - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 1 May 2025 11:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistanın Yakkasaray rayonunda sintepon istehsal edən sexdə baş vermiş güclü yanğın nəticəsində iki nəfər həyatını itirib.

Trend bu barədə ölkənin Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovu təxminən yarım saat ərzində lokallaşdırıb, 08.09-da isə tam olaraq söndürüb. Yanğının söndürülməsindən sonra sexin ərazisində iki yerli sakinin meyiti aşkarlanıb.

Bundan başqa, beş yerli sakinin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıdığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti