...

AÇG-nin xərclərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 1 May 2025 12:42 (UTC +04:00)
AÇG-nin xərclərinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) yatağının əməliyyat xərcləri 115 milyon ABŞ dolları olub.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Bununla yanaşı, ötən il AÇG-nin əsaslı xərcləri 251 milyon ABŞ dolları olub ki, bu da, illik müqayisədə 96 milyon ABŞ dolları, yaxud da 27,7% azdır.

Belə ki, 2023-cü ildə AÇG-nin əməliyyat xərcləri 115 milyon ABŞ dolları, əsaslı xərcləri isə 347 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti