...

Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2031-ci ilə qədər neft və qaz ixracı ilə bağlı proqnozlarını ictimailəşdirib

Energetika Materials 1 May 2025 12:46 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2031-ci ilə qədər neft və qaz ixracı ilə bağlı proqnozlarını ictimailəşdirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ilin aprel icmalında Azərbaycanın 2031-ci ilə qədər neft və qaz ixracı ilə bağlı proqnozlarını təqdim edib.

Trend xəbər verir ki, fondun proqnozlarına görə, 2025 və 2026-cı illərdə Azərbaycandan xam neftin ixracı günə 0,5 milyon barrel neft ekvivalentində olacaq ki, bu göstərici 2023–2024-cü illərlə eynidir. 2030-cu ilə qədər isə ixrac həcminin 0,4 milyon barrelə qədər azalacağı gözlənilir. BVF-nin məlumatına əsasən, 2021 və 2022-ci illərdə Azərbaycan gündəlik 0,6 milyon barrel neft ixrac edib.

Təbii qaz ixracına gəldikdə isə, BVF 2025–2030-cu illər ərzində ixracın 2024-cü ildəki səviyyəyə uyğun olaraq günə 0,5 milyon neft ekvivalentində barrel həcmində sabit qalacağını proqnozlaşdırır. 2021–2023-cü illərdə isə Azərbaycanın qaz ixracı gündəlik 0,4 milyon barrel təşkil edib.

Qeyd edək ki, maliyyə institutu, həmçinin, 2025–2030-cu illərdə Azərbaycanda xam neft hasilatının da sabit səviyyədə qalacağını gözləyir: 2025 və 2026-cı illərdə gündəlik 0,6 milyon barrel, 2030-cu ilə qədər isə bu göstəricinin 0,5 milyon barrelə enəcəyi proqnozlaşdırılır.

Ölkədə təbii qaz hasilatının 2025–2030-cu illərdə günə 0,9 milyon barrel neft ekvivalentində olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti