Bakı. Trend:
Cari ilin mart ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,970 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 254 milyon manat və ya 14,8% çoxdur.
Belə ki, ötən ilin mart ayının sonunda Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,716 milyard manat idi.
Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 4,1 min ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1%-ini orta sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,6%), “Tikinti” (15,4%), “Emal sənayesi” (11,3%) və “Peşə, elmi və texniki fəaliyyət” (4,9%) sahələrində yaradılıb.