...

İranda zəlzələ - Xəsarət alanların sayı artır (YENİLƏNİB)

Dünya xəbərləri Materials 1 May 2025 10:19 (UTC +04:00)
İranda zəlzələ - Xəsarət alanların sayı artır (YENİLƏNİB)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələ nəticəsində vilayətdə xəsarət alanların sayı 19-a yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, xəsarət alanların sayının artacağı ehtimal olunur.

Yavəri bildirib ki, Roştxar rayonundan əlavə. daha 4 rayonda xəsarət alanlar var.

xxx

09:41

Bu gün yerli vaxtla saat 05:10-da İranın şimal-şərqində Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələdə indiyədək 2 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, rayonun eyniadlı şəhərinin ətrafında baş verən yeraltı təkan Məşhəd və digər rayonlarda da ciddi şəkildə hiss olunub.

Yavəri xəsarət alanların tibb mərkəzinə aparıldığını bildirib.

Qeyd edək ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Roştxar şəhərinin 12 kilometrliyində olan zəlzələ 10 km dərinlikdə baş verib.

Xəbər lenti

Xəbər lenti