...

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edildi (FOTO/VİDEO)

Hadisə Materials 1 May 2025 12:52 (UTC +04:00)
Salyanda avtoxuliqanlıq edən sürücü həbs edildi (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Trend-in əldə etdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Yaşar Rzayev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Y.Rzayev 15 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti