...

Səngəçal terminalından qaz nəqli azalıb

İqtisadiyyat Materials 1 May 2025 13:08 (UTC +04:00)
Səngəçal terminalından qaz nəqli azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Səngəçal terminalından gündəlik orta hesabla təxminən 73,3 milyon standart kubmetr (təxminən 2 milyard 589 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon standart kubmet 2,3% azdır.

Belə ki, 2024-cü ilin eyni dövründə terminaldan həmçinin gündəlik orta hesabla təxminən 75 milyon standart kubmetr (təxminən 2 milyard 660 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdi.

Qeyd edək ki, qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti