Bakı.Trend:
Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bu haqda Avstraliya Dövlət Geologiya Bürosu məlumat yayıb.
Zəlzələnin 5,3 maqnitudalı olduğu deyilir. Zəlzələnin episentri Qərbi Kimbe şəhərindən 95 km şərqdə qeydə alınıb. Həmin ərazidə 30 minə yaxın insan yaşayır. Seysmoloji hadisənin yeraltı ocağı 88 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.